Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Təbii fəlakət qurbanlarının sayı 41-ə çatdı

© REUTERS / Guadalupe PardoPeruda sel faciəsi
Peruda sel faciəsi - Sputnik Azərbaycan
Abunə olmaq
İranda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

BAKI, 16 apr — Sputnik. İranda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. 

"Report" xəbər verir ki, bu barədə İran İslam Respublikasının Fövqəladə Hallar Təşkilatının rəhbəri İsmayıl Nəcar bildirib.

Xəbərdə bildirilir ki, daha 22 nəfər itkin düşmüş hesab olunur.

Təbii hadisədən daha çox Şərqi Azərbaycanın Azərşəhr və Əcəbşir şəhərləri, habelə Kürdüstan, Ərdəbil, Zəncan vilayətləri zərər çəkib. 

Daşqınlar ölkənin şimal-qərbində yağan güclü yağışlar nəticəsində baş verib. Nəticədə çaylar daşaraq körpüləri və kommunikasiyanı dağıdıb. Güclü sel nəticəsində həmçinin nəqliyyat vasitələri də ziyan çəkib.

Xəbər lenti
0