Psixi xəstəlikdən əziyyət çəkən adam

Bakıda psixiatriya xəstəxanasından qaçış

222
Pasientlər xəstəxananın hasarından aşaraq qaçsalar da, bir müddət sonra polis tərəfindən tutularaq xəstəxanaya qaytarılıblar

BAKI, 14 apr — Sputnik. Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında pasientlərin növbəti dəfə qaçması hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Həftənin 4-cü günü gecə pasientlər — 1987-ci il təvəllüdlü Hüseynov Elçin Böyükağa oğlu və 1975-ci il təvəllüdlü Məmmədov Cəlal Məmməd oğlu xəstəxananın hasarının üstündən aşaraq qaçıblar. Çevik polis alayının əməkdaşları qaçaqları yaxalayaraq müalicə həkiminə təhvil veriblər.

Psixiatriya Xəstəxanasının baş həkimi Ağacan Rəsulovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Hüseynov və Məmmədov məcburi müalicə alan adi vətəndaşlardır. Onlar hansısa cinayətin törədilməsində iştirak etməyiblər.

Axırıncı dəfə sözügedən psixiatriya xəstəxanasından qaçış hadisəsi 2014-cü ilin sentyabrında baş verib. Onda da iki xəstə qaçmışdı və asayiş keşikçiləri onları tezliklə tutaraq geri qaytarmışdılar.

2013-cü ilin noyabrında isə müalicə müəssisəsində uzun müddət müalicə alan, oğurluq, quldurluq, fırıldaqçılıq və AR Cinayət Məcəlləsinin digər cinayət maddələri ilə məhkum edilmiş dörd pasient qaçmışdı. Qaçmağa çalışan həmin xəstələrdən biri polis tərəfindən dərhal zərərsizləşdirilmiş, digər qaçan pasient isə xəstəxanaya qaytarılmışdı. Qaçan digər iki nəfər isə Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşlarına müqavimət göstərmişdilər.

Qeyd edək ki, qaçışın növbəti günü, qaçış baş verən zaman növbədə olan polis pəncərədən özünü ataraq intihar etmişdi. Klinikanın baş həkiminin sözlərinə görə, 2013-cü ildə qaçanların hamısı tutulub. Onlardan biri qaçışın təşkilinə görə, hazırda həbsxanadadır.

"Qaçanlardan ikisi artıq evə buraxılıb. Biri isə hələ də psixiatriya xəstəxanasındadır" — deyə baş həkim bildirib.

Onun sözlərinə görə, xəstələrin qaçışına mühafizə xidmətinin əməkdaşlarından biri kömək edib. Mühafizəçi Həsənovun özünü öldürməsini bununla izah edirlər. O, istintaqın bu qaçışla bağlı məsələnin üstünü açacağını başa düşərək özünü pəncərədən atıb öldürmüşdü.

222
Teqlər:
1 nömrəli Respublika Psixiatriya Xəstəxanası, Maştağa qəsəbəsi, pasient, Sputnik Azərbaycan, həkim, intihar, polis
Əlaqədar
Psixoloqun intiharı cəmiyyətdə arzuolunmaz tendensiyalara yol açacaq
"Psixoloji yardım haqqında" qanun layihəsi hazırdır
Psixoloq: Yuxarı yaşlarda boşanma dəb halını alıb
Cəmiyyətdə psixoloji inamsızlıq: "Yenə pulu "yeyəcəklər""
Azərbaycanda Ailə Psixoloqu İnstitutu yaradılacaq
Dünyanı bürümüş dəhşətli psixoz