Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda dəhşət: 3 nəfər maşında diri-diri yandı

© Photo : APAYol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli
Yol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

BAKI, 14 apr — Sputnik. Bu gün səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb və avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər avtomobil yanğından mühafizə olunub.

Xəbər lenti
0