Qəza

Qubada ağır qəza: içində 8 nəfər olan avtobus dərəyə aşdı

117
(Yenilənib 23:03 13.04.2017)
Qəza zamanı avtobusda 8 nəfər olub, onlardan 4-ü yaralanıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 13 apr — Sputnik. Qubada mikroavtobus dərəyə aşıb, yaralılar var.

Sputnik Azərbaycan-ın şimal bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba yolunun 173-cü km-də, Qubanın Atuc kəndi ərazisindən keçən hissəsində baş verib. Sərnişin avtobusu dərəyə aşıb. 

Qəza zamanı avtobusda 8 nəfər olub, onlardan 4-ü yaralanıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb. 

Quba Rayon Mərkəzi Xəstəxanasından Sputnik Azərbaycan-a bildiriblər ki, hadisə nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır: 

"Avtoqəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər xəstəxanaya gətirilib. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib” – deyə xəstəxanadan bildiriblər.

Digər üç yaralı — Quba rayon sakinləri, 1990-cı il təvəllüdlü Ürfan Ürfulla oğlu Həmidovun, 1989-cu il təvəllüdlü Eldar Sarıb oğlu Qədimovun və 1972-ci il təvəllüdlü Hürriyyət Rəhman qızı Teyyubovanın vəziyyətləri ağır olduğu üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

117