Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ev quşları yanğında tələf olub

© pixabay / PublicDomainPicturesToyuq
Toyuq - Sputnik Azərbaycan
Abunə olmaq
Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub

BAKI, 13 apr — Sputnik. Aprelin 13-ə keçən gecə Saatlı rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 54 m2 olan köməkçi tikilinin tavanı 20 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğın zamanı tikilidə sayı məlum olmayan ev quşu tüstüdən boğularaq tələf olub.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0