Təcili yardım maşını, arxiv şəkli

Bakıda uçqun: ölən yaralananlar var

10035
(Yenilənib 17:39 12.04.2017)
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub

BAKI, 12 apr — Sputnik. Paytaxtın Səbail rayon Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırda xilasetmə işləri davam etdirilir.

10035
Teqlər:
Klinik Tibbi Mərkəz, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Liya Bayramova, Şıx qəsəbəsi, Səbail rayonu
Əlaqədar
Hərbi qulluqçumuz qar uçqununun altında qalıb
Qar uçqunlarında ölənlərin sayı 100 nəfəri keçdi
Hotel qar uçqununun altında qaldı