Hacı Cavad məscidi

"Hacı Cavad" məscidinin taleyinə aydınlıq gətirildi

1728
(Yenilənib 16:18 12.04.2017)
Rəsmi şəxslər məscidin sökülməsi ətrafında yaşanan gərginliyə münasibət bildiriblər

BAKI, 12 apr — Sputnik. Paytaxtın "Sovetski" kimi tanınan məhəlləsinin yaxınlığında yerləşən "Hacı Cavad" məscidinin sökülməsi xəbəri dindarların narazılığına səbəb olub. Bu gün günorta saatlarında əraziyə toplaşan dindarlarla polis əməkdaşları arasında gərginlik yaşanıb.

APA-ya açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, həmin ərazidəki bütün tikililər plana düşüb: "Məscid kimi fəaliyyət göstərən həmin tikili də plana düşənlər siyahısındadır. Tikilinin aqibəti ilə nə qərar qəbul ediləcəksə, o da olacaq".

S. Bağırov sözügedən ərazidə gərginliyin artması barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib: "Mən də həmin ərazidəydim, heç bir gərginlik yoxdur. Qanun nə tələb edirsə, o da olacaq".

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də məscidin sökülməsinə münasibət bildirib. "Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm" — o deyib.

Əlavə edib ki, bu məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib: "Mən heç o məscidlərin yerini belə tanımıram. Əgər söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə mən bunun tərəfdarı deyiləm. Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən və digər işlər həyata keçirilərkən məqsədli şəkildə, danışıqlar yolu ilə bu işlər həyata keçirilir. Mən bu haqda fikrimi aidiyyəti qurumlara da çatdırmışam".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə APA-ya açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, həmin ərazidəki məscidlər ("Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi artıq sökülüb — red.) heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır.

Həmin ərazidə yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyini, beləliklə sakinlərlə məsələnin razılaşdırıldığını deyən komitə sədri bildirib ki, məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var: "O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Vaxt namazlarında isə 15-20 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi. Ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa, fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir".

M. Qurbanlı qeyd edib ki, Bakıda 134 məscid var: "Azərbaycan prezidenti İlham Əliyevin dinə verdiyi ən böyük dəyər nəticəsində bütün ölkə üzrə məscidlərin tikintisi, bərpası həyata keçirilir. Bizdə Heydər məscidi və digər bu kimi mötəbər məscidlər fəaliyyət göstərir. Suyu bulandırmaq, ümumi işə ziyan vurmaq istəyənlər hay-küy salırlar. Bu adamların mömin insanlarla heç bir əlaqəsi yoxdur".

Qeyd edək ki, "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi artıq sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.

1728
Teqlər:
"Hacı Cavad" məscidi, "Sovetski", dindar, paytaxt, polis
Əlaqədar
Suriyadakı məscid qətliamının əsl səbəbkarı bilindi
Namaz vaxtı məscid bombalandı
Daha bir məscidə hücum edilib
999-cu məscidin sirri
Məscidi yandırdılar
Məsciddən oğurluq edildi
Kanadada məscidə hücum: 6 müsəlman qətlə yetirildi
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

14
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

14
Шторм в Черном море

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

7
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.

Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.

7
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

0
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

0