Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şimal bölgəsində siqaret əməliyyatı

Abunə olmaq
Nəqliyyat vasitəsində gizlədilən siqaretlər aşkarlandı

BAKI, 12 apr — Sputnik. Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21124" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin istilik sobasının altından gömrük nəzarətindən gizlədilən 2800 ədəd "NZ Gold Compact" və 2000 ədəd "Portal Gold" markalı, ümumilikdə 4800 ədəd siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0