Kayseridə məktəbliləri daşıyan avtobus iri yük maşını ilə toqquşub

Yenə məktəbli avtobusu, yenə qəza

32
(Yenilənib 17:33 11.04.2017)
Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb edilib

BAKI, 11 apr – Sputnik. Türkiyənin Kayseri əyalətinin Bünyan rayonunda məktəbliləri daşıyan avtobus iri yük maşını ilə toqquşub. Hadisədə 1 şagird ölüb, 11 nəfər yaralanıb.

Sputnik Azərbaycan NTV-ə istinadən xəbər verir ki, qəzaya səbəb ərazidəki qatı duman olub.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb edilib.

32