Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Özünü təndirxanada asdı

Abunə olmaq
Məzahir Allahverdiyev istintaqa məlum olmayan səbəbdən intihar edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Zaqatala rayonunda 60 yaşlı kişi özünü təndirxanada asıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə aprelin 10-u, saat 15:30 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Məzahir Fazil oğlu Allahverdiyevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə tapılıb. Onun cəsədini yaxınları aşkar ediblər.

İlkin araşdırma zamanı 60 yaşlı Məzahir Allahverdiyevin, hələlik istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub. Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Xəbər lenti
0