Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda dövlət hakimiyyəti əleyhinə 1384 cinayət hadisəsi baş verib

© REUTERS / Francois LenoirСотрудники правоохранительных органов во время спецоперации, фото из архива
Сотрудники правоохранительных органов во время спецоперации, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ildə cinayət törətmiş şəxslərin 83,4 faizi cinayət məsuliyyətinə cəlb olunub ki, onların da 77,8 faizi əmək qabiliyyətli yaşda olub

BAKI, 11 apr — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) məlumatlarına əsasən, 2016-cı ildə ölkədə 26611 cinayət faktı qeydə alınıb. Dövlət Statistika Komitəsindən (DSK) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu, 2015-ci ilin göstəricisinə nisbətən 1,1 faiz azdır.

Мужчина с молотком в руке, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu cinayət kriminalistləri belə dəhşətə gətirib

Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 2,2 faiz azalaraq 271 olub. Onların 56,6 faizi az ağır, 29,1 faizi böyük ictimai təhlükə törətməyən, 14,3 faizi isə ağır və xüsusilə ağır cinayətlərə aiddir.

Cinayətlərin strukturunda 4618 hadisə şəxsiyyət əleyhinə, 13560 hadisə iqtisadi sahədə törədilən, 7015 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1384 hadisə dövlət hakimiyyəti əleyhinə (onlardan 241 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 34 hadisə isə digər cinayətlərdir.

Şəxsiyyət əleyhinə olan cinayətlərdən 245-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 353-ü qəsdən sağlamlığa ağır zərər vurma, 43-ü ehtiyatsızlıqdan adam öldürmə, 141-i insan alveri, 17-si adam oğurluğu (onlardan 11-i evlənmək məqsədilə qadın oğurluğu), 18-i əzab vermə cinayətlərinə aiddir.

Hesabat dövründə 211 cinayət hadisəsi xarici ölkələrin, onların 37-si isə MDB-yə üzv olan ölkələrin vətəndaşları tərəfindən törədilib. 2016-cı ildə əvvəlki illə müqayisədə həyat və sağlamlıq əleyhinə olan cinayətlərdə 1,7 faiz, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdə 3,7 faiz, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə 64,2 faiz, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlərdə 9,8 faiz, ictimai mənəviyyat əleyhinə olan cinayətlərdə 21,4 faiz, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərdə 4,0 faiz azalma, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlərdə 16,7 faiz, mülkiyyət əleyhinə olan cinayətlərdə isə 13,0 faiz artım müşahidə olunub.

Bu dövr ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər 7,9 faiz, onlara qarşı törədilən cinayətlər isə 10,4 faiz azalıb. 2016-cı ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 3389 cinayət hadisəsi qeydə alınıb ki, bu da 2015-ci illə müqayisədə 7,4 faiz çoxdur.

Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycana gələn əcnəbilərlə bağlı cinayət statistikası açıqlandı

2016-cı ildə cinayət törətmiş şəxslərin 83,4 faizi cinayət məsuliyyətinə cəlb olunub ki, onların da 77,8 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 18,3 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir. Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 6,2 faiz, yetkinlik yaşma çatmayan uşaqların payı isə 2,7 faiz təşkil edib.

Məişət zorakılığı ilə bağlı 897 cinayət hadisəsi qeydə alınıb. Bu cinayətlərin 9,6 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən törədilib. Həmçinin, məişət zorakılığı ilə bağlı qeydə alınan cinayət faktlarından 58-i sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 4,2 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 2,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 91,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,7 faizi əzab vermə, 1,1 faizi isə digər cinayətlərə aiddir.

Qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərində 11.8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərində 22,2 faiz artım, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərində 15.8 faiz, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətlərində 75,0 faiz, digər cinayətlərdə isə 53,3 faiz azalma müşahidə olunub. Məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı 3,6 faiz artaraq 1031 nəfər, ölənlərin sayı isə 18.6 faiz artaraq 51 nəfər olub.

Xəbər lenti
0