Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda daha bir sərnişin avtobusu qəzaya düşdü

© Photo : APAАвтобус, попавший в ДТП. Архивное фото
Автобус, попавший в ДТП. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə

BAKI, 10 apr — Sputnik. Bakıda sərnişin avtobusu qəzaya düşüb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb. Məlumata görə, 211 saylı "Daewoo" sərnişin avtobusu "Mitsubishi" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Belə ki, avtobus sərnişinləri arasında xəsarət alan üç nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Avtomobilin yaralanan sərnişinləri isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0