Kolumbiyada sel

Sel nəticəsində ölənlərin sayı 300-ü keçdi

64
(Yenilənib 13:58 06.04.2017)
Kolumbiyada sel nəticəsində ölənlərin sayı 300-ü ötüb, 314 nəfər itkin düşüb

BAKI, 6 apr — Sputnik. Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində ölənlərin sayı 301 nəfərə çatıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bundan əvvəl 293 nəfərin öldüyü, 332 nəfərin xəsarət aldığı, 314-ün itkin düşdüyü bildirilirdi.

İndiyədək təbii fəlakət zonasında 301 nəfərin meyiti tapılıb. Ölənlərdən cəmi 173 nəfərin kimliyi müəyyənləşdirilib.

Kolumbiya prezidenti Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub. 

64
Teqlər:
Mokoa çayı, Kolumbiyada sel, Xuan Manuel Santos, Putumayo departamenti, Kolumbiya
Əlaqədar
Selfi qadağan edildi
Qorxunc sel 154 can aldı
400 ildir gələn sellər ondan heç nə qopara bilmir
Kür çayı, arxiv şəkli

Zərdabda dəhşət: Eyni anda 3 nəfər suda batdı

18
(Yenilənib 21:40 09.07.2020)
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

BAKI, 9 iyul – Sputnik. Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

18
Məmur, arxiv şəkli

Vəzifəli şəxslərə qarşı əməliyyat - Kənd Təsərrüfatı Nazirliyi istəyib

10
(Yenilənib 17:31 09.07.2020)
Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edirlər.

BAKI, 9 iyul — Sputnik. "Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirməsi barədə əsassız məlumatlar yayılıb. Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.

"Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edirlər. Əməliyyat Kənd Təsərrüfatı Nazirliyinin müraciəti və təşəbbüsü əsasında keçirilir. Təfərrüatla bağlı birgə məlumat yayılacaq", - deyə nazirliyin rəsmisi bildirib.

10
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

0
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

0