Yük qatarı

Yük qatarı ilə minik avtomobili toqquşub: ölənlər var

47
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilindəki cəsədləri çıxarıblar

BAKI, 5 apr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində yük qatarı ilə "QAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Bu barədə Sputnik Azərbaycan-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilindən sürücü 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlunun və sərnişin 1969-cu il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlunun cəsədlərini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 04:55-də başa çatıb.

47
Teqlər:
yük qatarı, yanğınsöndürən, minik avtomobili, FHN, məlumat
Əlaqədar
Quba yolunda avtomobillər toqquşdu, ölənlər var
"SETRA" ilə "JEEP" toqquşdu
Başqırdıstanda yük qatarları toqquşub: ölənlər var
Dumanda 130 maşın toqquşdu, 1 nəfər öldü
Qatarlar toqquşdu, ölənlər var