Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

17 nəfər itkin düşüb

© Photo : FHN mətbuat xidmətiAxtarış-xilasetmə qərargahı
Axtarış-xilasetmə qərargahı - Sputnik Azərbaycan
Abunə olmaq
Baş verən bədbəxt hadisələr zamanı 49 nəfər həlak olub, 17 nəfər isə itkin düşüb

BAKI, 4 apr – Sputnik. 2016-cı il ərzində həmkarlar ittifaqlarının xidmətlərinə daxil olan müəssisə və təşkilatlarda istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 95 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nazim Ağamirov bildirib.

O, qeyd edib ki, baş verən bədbəxt hadisələr zamanı 49 nəfər həlak olub və onlardan 17 nəfər itkin düşmüş hesab edilir: "Bədbəxt hadisələr daha çox neft-qaz (37 nəfər), kommunal (10 nəfər), aviasiya, energetika və müdafiə-sənayesi (hər birində 6 nəfər), dəmiryol və metropoliten (hər birində 5 nəfər) sahələrində qeydə alınıb".

N. Ağamirov bildirib ki, hadisələr zamanı dəyən zərər zərərçəkənlərə sığorta şirkətləri tərəfindən ödənilir. İstehsalatda baş vermiş bədbəxt hadisələrə görə cavabdehliyi işə götürən daşıyır.

Xəbər lenti
0