Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı metrosunda insident baş verib

© Sputnik / Murad OrujovQatar
Qatar - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın qatar platformaya yaxınlaşarkən platformanın təhlükəsizlik xəttini keçib və bu zaman qatarın güzgüsü qadına dəyib

BAKI, 4 apr — Sputnik. Bakı metrosunda təhlükəsizlik xəttini keçən qadın hərəkətdə olan qatarın güzgüsünə dəyib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə metronun "20 yanvar" stansiyasında baş verib. Təxminən 55-60 yaşlı Adıgözəlova Rəfiqə Zeynəlabdin qızı qatar platformaya yaxınlaşarkən platformanın təhlükəsizlik xəttini keçib və bu zaman qatarın güzgüsü qadına dəyib. Hadisə yerinə dərhal təcili-tibbi yardım briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0