Yanğından Mühafizə Hissəsi

Pedaqoji kollecdə yanğın baş verdi

28
Kollecin həyətyanı sahəsində yerləşən ümumi sahəsi 12 m2 olan qazanxananın içərisində 1 ədəd "ARİSTON" su qızdırıcısı və dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb

BAKI, 31 mart — Sputnik. Astara şəhərində Təhsil Nazirliyinin balansında olan Pedaqoji kollecin həyətyanı sahəsində yerləşən ümumi sahəsi 12 m2 olan qazanxananın içərisində 1 ədəd "ARİSTON" su qızdırıcısı və dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qazanxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

28
Teqlər:
su qızdırıcısı, "ARİSTON", Pedaqoji kollec, Astara şəhəri, Təhsil Nazirliyi, yanğın
Əlaqədar
Mingəçevirdə yanğın olub
Tövlənin çardağına yığılmış ot bağlaması yanıb
Ev yandı, tövlə mühafizə olundu
Kəndlinin evi yandı
Taxta çay evi yanıb
Qobustanda yanğın təlaşı
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

94
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

94
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Adilzadə Zibeydə, arxiv şəkli

Baş redaktor Füzulidə minaya düşərək həlak olub

154
(Yenilənib 17:27 28.11.2020)
Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktoru Zibeydə Adilzadə bu gün Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən minaya düşərək qohumları ilə birlikdə həlak olub.

BAKI, 28 noyabr - Sputnik. Bu gün Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən minaya düşərək həlak olanlardan biri jurnalistdir.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, ölənlərdən Adilzadə Zibeydə Şakir qızı (Zibeydə Şakir) Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktorudur.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini törədib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilisb, digər prosessual hərəkətlər yerinə yetirilib.

154
Teqlər:
Böyük Qayıdış, qayıdış, baş redaktor, Füzuli rayonu, Füzuli
Qax rayonundakı Kürmük məbədi

Müsəlmanlarla xristianların birgə ibadət etdikləri məkan - VİDEO

0
(Yenilənib 15:24 29.11.2020)
Məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir

BAKI, 29 noyabr — Sputnik. Kürmük məbədi Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlərdə) qalıqları üzərində XIX əsrdə inşa edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Kürmük məbədi haqqında qısa videoçarx hazırlayıb.

Məlumat üçün bildirək ki, sözügedən məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir.

Burada maraqlı cəhətlərdən biri də odur ki, "Kürmük oba" bayramında xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər.

0
Teqlər:
ibadətgah, ibadət, xristianlar, müsəlmanlar, "Kürmük oba" bayramı, Kürmük məbədi, Qax, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri