Dövlət Yanğından Mühafizə Hissəsi

Mingəçevirdə yanğın olub

19
Yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 76 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 18 m2 sahədə yanıb

BAKI, 30 mart — Sputnik. Mingəçevir şəhərində dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 76 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 18 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

19
Teqlər:
Mingəçevir şəhəri, FHN, ev, yanğın
Əlaqədar
Tövlənin çardağına yığılmış ot bağlaması yanıb
Ev yandı, tövlə mühafizə olundu
Kəndlinin evi yandı
Taxta çay evi yanıb
Qobustanda yanğın təlaşı
Metroda yanğın baş verdi
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Seysmoqraf, arxiv şəkli

Şahbuz rayonunda zəlzələ olub

7
(Yenilənib 19:19 23.01.2021)
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

7