Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Borca görə intihar etdi

Abunə olmaq
Məmməd Nemətzadənin Şəki şəhərində fəaliyyət göstərən banklardan birinə borcu olub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

Şəki Mərkəzi Rayon Xəstəxanasından Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 29-u günorta saatlarında Şəki şəhəri, Bünyad Sərdarov küçəsi 12 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Məmməd Fərid oğlu Nemətzadə kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı iki övlad atası olan 55 yaşlı Məmməd Nemətzadənin sirkə turşusu qəbul etdiyi məlum olub. Həkimlərin səyinə baxmayaraq Məmməd Nemətzadənin həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarının ilkin araşdırması zamanı məlum olub ki, Məmməd Nemətzadənin Şəki şəhərində fəaliyyət göstərən banklardan birinə borcu olub. Onun intihar üçün sirkə turşusu içdiyi güman olunur. Məmməd Nemətzadənin intihar etməsinin dəqiq səbəbini aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Xəbər lenti
0