Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Başqırdıstanda yük qatarları toqquşub: ölənlər var

© REUTERS / Miguel Vidalİspaniyada qatar qəzaya uğrayıb
İspaniyada qatar qəzaya uğrayıb - Sputnik Azərbaycan
Abunə olmaq
İstintaq Komitəsi hələlik vəziyyəti şərh etməyib

BAKI, 26 mart — Sputnik. Başqırdıstanda iki yük qatarının toqquşması nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Qatarlardan biri filizlə dolu, digəri boş olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional bölməsinin rəsmi məlumatına görə, hadisə Uçalinsk filizsaflaşdırma kombinatının ərazisində, Uçala şəhərində, yerli vaxtla saat 15:05 radələrində baş verib

"Yaşayış məntəqəsinə hər hansı təhlükə yoxdur. Hadisə yerində 27 nəfər və üç ədəd texnika işləyir" — deyə Başqırdıstan FHN-in mətbuat katibi Yelena Mavlyutova bildirib.

İstintaq Komitəsi hələlik vəziyyəti şərh etməyib.

Xəbər lenti
0