Xızıda qar

Azərbaycana yağan qəfil qar turistləri çətin vəziyyətə saldı

2169
Hazırda kəndlərə yağan qarın qalınlığı 8-10 santimetr arasıdır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 mart — Sputnik. Azərbaycanın bir sıra dağlıq rayonlarına, eləcə də Xızı və Siyəzənin bəzi dağ kəndlərinə qar yağır. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Xızı rayonunun Altıağac kəndi ağ örpəyə bürünüb. Qarın yağması ilə əlaqədar olaraq, rayonun ərazisində temperatur aşağı düşüb və kənd sakinləri Novruz bayramında tonqal yandırmaqda əziyyət çəkiblər.

Qarın yağması turistlərin bu yerlərə gəlməsinə də mane olub. Hətta rayona gəlmiş turistlər "gözlənilməz qonaq" üzündən çətin vəziyyətə düşüblər. Hazırda kəndlərə yağan qarın qalınlığı 8-10 santimetr arasıdır.

2169
Teqlər:
Altıağac kəndi, dağ, Xızı, Siyəzən, sakin, qar, Azərbaycan, turist
Əlaqədar
Bəzi rayonlara qış xəbərdarlığı: qar yağacaq, duman olacaq
Nazirlikdən növbəti qar xəbərdarlığı
Nazirlikdən qar xəbərdarlığı
Diqqət: qar yağacaq
Hava soyuyacaq: Yenə qar xəbərdarlığı gəldi
Xəbərdarlıq gəldi: qar geri qayıdır
Qar Xınalıq və Altıağacı ətraf aləmdən təcrid etdi