Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xaçmaz sakini qatarın altında qaldı

Abunə olmaq
Hazırda maşinist və köməkçisinin sərxoş olub-olmadıqları araşdırılır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 22 mart — Sputnik. Dünən gecə saatlarında Azərbaycan Dövlət Dəmir Yollarının 155-ci km-də, Xaçmaz dəmiryol stansiyasının yaxınlığında ağır qəza baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Yalama marşrutu üzrə hərəkət edən sərnişin qatarı, yolu keçmək istəyən, 47 yaşlı Xaçmaz şəhər sakini Bəxtiyar Alışovu vurub. O, aldığı ağır xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Xaçmaz Prokurorluğu və Dəmiryol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt bölməsinin əməkdaşları araşdırma aparırlar. Yol hərəkəti təhlükəsizliyinə əməl etməyən, mərkəzi dəmiryol stansiyasının ərazisində işıqlandırmaya baxmayaraq, piyadanı görməyib qəza törədən qatarın maşinisti və köməkçisi, sərxoş və ya ayıq olduqları müəyyən olunması üçün həkim müayinəsinə göndəriliblər.

Xəbər lenti
0