Sərhəd

Ağır cinayət törətmiş şəxs ölkədən qaçarkən yaxalandı

122
Fakt üzrə keçirilmiş tədbirlər nəticəsində onun ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışda olması müəyyənləşdiril­ib

BAKI, 22 mart — Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bayram günlərində dövlət sərhədinin pozulması cəhdlərinin mümkün­lüyü ilə əlaqədar xidməti fəaliyyətin güc­lən­­­diril­məsi və sayıqlığın daha da artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Bu barədə Sputnik Azərbaycan-a DSX-nın mətbuat xidmətindən məlumat verilib.

Bu tədbirlər nəticəsində 2017-ci ilin 21 mart tarixində Ağstafa rayo­nunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində, 1987-ci il təvəllüdlü, Azər­baycan Respubli­kası vətəndaşı Elgün Nadir oğlu İsmayıl-Necatın dövlət sərhədini qanunsuz pozaraq Gürcüstan ərazisinə keçmə cəhdinin qarşısı alınıb. Sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucusu müqavi­mət göstərərək hadisə yerindən qaçmağa cəhd edib, lakin DSX əməkdaşları tərəfindən yaxalanıb.

Fakt üzrə keçirilmiş tədbirlər nəticəsində vətəndaş E.N.İsmayıl-Necatın ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışda olması müəyyənləşdiril­ib. Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədinin pozulma­sı­na vasitəçilik etmiş 1962-ci il təvəllüdlü Ağstafa rayon sakini Gündüz İsmayıl oğlu Quliyev müəyyənləşdirilərək saxlanılıb.

Dövlət sərhədinin pozulmasına cəhd ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.

122
Teqlər:
Elgün Nadir oğlu İsmayıl-Necat, Sadıxlı kəndi, Ağstafa rayo­nu, DSX, Dövlət Sərhəd Xidməti, Gürcüstan, cinayət
Əlaqədar
Sərhədlərimizin qorunması qaydaları dəyişir
Sərhəddə qanunsuz dərman preparatları aşkarlandı
Sərhəddə narkotik əməliyyatı: saxlanılan var
İranla sərhəddən keçən şəxs narkotiklə yaxalandı
 Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

Yevlaxda körpüyə girməyə hazırlaşan avtomobilin üzərinə ağac aşdı

22
(Yenilənib 20:38 15.01.2021)
Təbiətin şıltaqlığı bu gün Yevlax şəhərində az qala insanların xəsarət alması ilə nəticələnə bilərmiş.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

© Sputnik / Rahim Mammadov
Yevlax rayon sakini Vüsal Ələkbərov

Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:

© Sputnik / Rahim Mammadov
Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.

Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.

22
Охотничья винтовка типа Винчестер, архивное фото

Ata oğlunu güllələyib: "Onu öldürmək fikrim olmayıb"

31
(Yenilənib 14:24 15.01.2021)
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.

Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.

Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.

Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.

31
Koronavirus testi, arxiv şəkli

Xaricə gedənlərlə bağlı müəmma: hələ baş vaksinasiyaya qarışıb

0
(Yenilənib 13:05 16.01.2021)
“Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın” - Şahmar Mövsümov

BAKI, 16 yanvar — Sputnik. “Xaricə səfər zamanı koronavirusa görə test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik qəti fikir söyləyə bilmərəm”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hələ ki bu məsələyə  baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın”.

0
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya