Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İdman edərkən ehtiyatlı olun, yırtıcının qurbanı ola bilərsiz

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidTimsah
Timsah - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Zambezi çayı sahilində baş verib

BAKI, 19 mart — Sputnik. Mozambikli futbolçu Esteva Alberto Jino timsahın hücumu nəticəsində həyatını itirib.

Sputnik Azərbaycan bu barədə Report-a istinadən xəbər verir. 

Məlumatda bildirilir ki, hadisə Zambezi çayı sahilində baş verib. Yırtıcı çayın sahilində qaçan idmançıya hücum edib.

"Timsah birdən sudan çıxdı və Estevanın belindən yapışdı. Sonra onu sürüyərək suya saldı. Estevanın dostları çox qorxmuşdular, onlar səs eşidirdilər, amma heç nə edə bilmirdilər. Timsah beş metr uzunluğa malik idi" – komandanın məşqçisi Edi Karvalo bildirib.

Qeyd edək ki, futbolçu yerli "Atletiko Mineyro de Tete" həvəskar klubunda çıxış edirdi. Onun 19 yaşı vardı. 


Xəbər lenti
0