Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Körpü üzərində ötmə 9 nəfərin xəsarət alması ilə nəticələndi

© Photo : REPORTAğır yol qəzası. Arxiv şəkil
Ağır yol qəzası. Arxiv şəkil - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzaya səbəb avtomobillərdən birinin qaydalara əhəmiyyət verməyərək, körpü üzərində ötmə əməliyyatı aparması olub

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. Səhər saatlarında Tovuz rayonunda yol qəzası baş verib. Sputnik Azərbaycan-ın qərb bürosunun məlumatına görə, hadisə Tovuzçay üzərindəki körpüdə qeydə alınıb. 

Belə ki, yüksək sürətlə hərəkət edən "VAZ-21011" markalı avtomobil "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və 7 sərnişin müxtəlif bədən xəsarətləri alıblar. Xəstəxanaya yerləşdirilən şəxslər Tovuz rayon Bayramlı kənd sakinləri, 1963-cü il təvəllüdlü Zahid Haçıyev, 1967-ci il təvəllüdlü Rasim Qasımov, 1984-cü il təvəllüdlü Samir Paşayev, 1967-ci il təvəllüdlü Azadə Cəfərova, Bakı şəhər sakini, 1983-cu il təvəllüdlü Gündüz Məhərrəmov, Tovuz rayon sakinləri, 1956-cı il təvəllüdlü Afət Axundova və onun baçısı Mətanət Axundovadır. Digər iki yaralıya xəsarətləri yüngül olduğundan hadisə yerində ilkin tibbi yardım göstərilib.

© Sputnik / Ilham MustafayevTovuz rayonunda baş verən qəza
Tovuz rayonunda baş verən qəza - Sputnik Azərbaycan
1/5
Tovuz rayonunda baş verən qəza
© Sputnik / Ilham MustafayevTovuz rayonunda baş verən qəza
Tovuz rayonunda baş verən qəza - Sputnik Azərbaycan
2/5
Tovuz rayonunda baş verən qəza
© Sputnik / Ilham MustafayevTovuz rayonunda baş verən qəza
Tovuz rayonunda baş verən qəza - Sputnik Azərbaycan
3/5
Tovuz rayonunda baş verən qəza
© Sputnik / Ilham MustafayevTovuz rayonunda baş verən qəza
Tovuz rayonunda baş verən qəza - Sputnik Azərbaycan
4/5
Tovuz rayonunda baş verən qəza
© Sputnik / Ilham MustafayevTovuz rayonunda baş verən qəza
Tovuz rayonunda baş verən qəza - Sputnik Azərbaycan
5/5
Tovuz rayonunda baş verən qəza
1/5
Tovuz rayonunda baş verən qəza
2/5
Tovuz rayonunda baş verən qəza
3/5
Tovuz rayonunda baş verən qəza
4/5
Tovuz rayonunda baş verən qəza
5/5
Tovuz rayonunda baş verən qəza

Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin qaydalara əhəmiyyət verməyərək, körpü üzərində ötmə əməliyyatı aparması olub.

Xəbər lenti
0