Dəm qazı

Azərbaycanda faciə: bir evdə beş nəfər dəm qazından boğuldu

323
Xırdalanda beş nəfər bir evdə dəm qazından boğularaq ölüb

BAKI, 15 mart — Sputnik. Martın 15-nə keçən gecə Abşeron rayonu Xırdalan şəhərində böyük faciə baş verib. Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 5 qadın dəm qazından boğularaq ölüb. Məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur. Faktla bağlı araşdırma aparılır.

323
Teqlər:
Xırdalan şəhəri, Abşeron rayonu, dəm qazı, Xırdalan, faciə
Əlaqədar
Hərbçinin iki azyaşlı övladı dəm qazının qurbanı oldu
Tələbə qız dəm qazından boğuldu
Akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək ölüb
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Seysmoqraf, arxiv şəkli

Şahbuz rayonunda zəlzələ olub

7
(Yenilənib 19:19 23.01.2021)
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

7