Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda güclü yanğın baş verib

© Sputnik / Rahim MuradovLənkəranda yanğın olub
Lənkəranda yanğın olub - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğınsöndürənlərin vaxtında müdaxilə etməsi nəticəsində yanğının digər qarajlara keçməsinin qarşısı alınıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Bu gün səhər saat 04:15 radələrində Lənkəran şəhərində yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə Z. Əliyeva küçəsi 78/14 nömrəli binanın qarşısında yerləşən Məzahir Baxşıyevə məxsus qaraj tipli tikilidə yaşanıb.

Hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin vaxtında müdaxilə etməsi nəticəsində yanğının digər qarajlara keçməsinin qarşısı alınıb.

Yanğın zamanı 40 kv.m-lik qaraj tipli tikilinin içərisində olan əşyaların çoxu yanıb. Qısa müddət ərzində yanğın tam söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil, faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0