Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yenə avtomobil qəzası, yenə ölüm

CC0 / Pixel-mixer / crushYol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli
Yol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tovuzda iki minik avtomobili toqquşub, ölən və yaralanan var

BAKI, 10 mart — Sputnik. Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Qovlar-Quşçu avtomobil yolunda qeydə alınıb.

"BMW" və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Samir Sahib oğlu Nuriyev ölüb. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Ceyhun Əbdülrəhmanov isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0