Qəzaya uğrayan mikroavtobus

Yaralı tələbələrlə bağlı son xəbər

1017
(Yenilənib 13:49 09.03.2017)
14 nəfərdən birinin vəziyyəti ağırdır və reanimasiyadadır. 5 nəfər müayinədən sonra evə buraxılıb, digərlərinin vəziyyəti isə orta ağır olaraq qalmaqdadır

BAKI, 9 mart — Sputnik. "Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş vermiş qəza ilə əlaqədar Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına 18 nəfər müraciət edib. Müraciət edənlərin hamısı tələbədir".

Bu barədə Sputnik Azərbaycan-a Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasının (SŞTYX) baş həkiminin müavini Elçin Quliyev məlumat verib. Onun sözlərinə görə, tələbələrdən 14 nəfəri xəstəxanaya yerləşdirilib.

"14 nəfərdən birinin vəziyyəti ağırdır və reanimasiyadadır. 5 nəfər müayinədən sonra evə buraxılıb, digərlərinin vəziyyəti isə orta ağır olaraq qalmaqdadır" — xəstəxana yetkilisi bildirib.

Elçin Quliyev onu da qeyd edib ki, xəstələrin sinirləri gərgin olduğu üçün hətta yaxınları ilə belə, görüşməyə icazə verilmir: "Bir müddət özlərinə gəlsinlər, daha sonra onlarla görüşməyə şərait yaradacağıq".

Yaralı tələbələrdən birinin qohumu Sputnik Azərbaycan əməkdaşına deyib ki, Bakı-Sumqayıt yolu üzrə hərəkət edən mikroavtobusların əksəriyyəti hər gün normadan artıq sərnişin yığır: "Üstəlik, sürət həddini aşırlar, "avtoş" kimi idarə edirlər maşını".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

Dəhşətli qəzada həyatını itirən 5 tələbənin adları məlum olub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a məlumat verib. Belə ki, ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızıdır.

Yaralılardan biri Sosiologiya ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Lalə Nəsibovadır. O, əməliyyat olunub, vəziyyəti ağırdır. İlkin məlumata görə, qəza baş verən zaman miktoavtobusda 28 nəfər olub.

Qəzada xəsarət alanların da bəzilərinin adları məlum olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətndən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 17 nəfər — Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı daha iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

İdarədən, həmçinin əlavə olunub ki, "ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.

1017
Teqlər:
SŞTYX, baş həkimin müavini, Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanası, Elçin Quliyev, Bakı-Sumqayıt yolu, avtobus, tələbə, qəza
Mövzu:
Bakı-Sumqayıt yolunda ağır avtoqəza (10)
Əlaqədar
Dəhşətli qəza ilə bağlı daha bir fakt
Həlak olan və xəsarət alanların adları bəlli oldu
Tələbələrin ölümünə səbəb olan sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda baş verən qəza qurbanlarının sayı artır
Azərbaycanda tələbələri daşıyan mikroavtobus qəzaya uğradı
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılov

Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib

16
(Yenilənib 10:34 03.12.2020)
Yeni növ koronavirus Azərbaycanın daha tanınmış şəxsinin, vəkil Adil İsmayılovun həyatına son qoydu.

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılov vəfat edib.

“Report” xəbər verir ki, bunu vəkil Aqil Layic deyib.

A.İsmayılov koronavirusdan dünyasını dəyişib.

Allah rəhmət eləsin!

16
Elmi mərkəzdə seysmoqraf

Xəzər dənizində zəlzələ oldu

15
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də, 3,4 maqnitudada qeydə alınıb.

BAKI, 2 dekabr - Sputnik. Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Sputnik Azərbaycan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də, 3,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.

15
Teqlər:
Xəzər dənizi, zəlzələ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan gələn həftə Bakıya gəlir Hərbi paradda iştirak edəcək

16
(Yenilənib 12:35 03.12.2020)
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.

BAKI, 3 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə mənbə bildirib.

Türkiyə Prezidentinin dekabrın 10-u Bakıda baş tutacaq hərbi paradda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılır və tam atəşkəs elan olunur.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

16