Qəzaya uğrayan mikroavtobus

Dəhşətli qəza ilə bağlı daha bir fakt

5478
(Yenilənib 12:56 09.03.2017)
Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır

BAKI, 9 mart — Sputnik. Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı daha bir nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

İdarədən, həmçinin əlavə olunub ki, "ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

Dəhşətli qəzada həyatını itirən 5 tələbənin adları məlum olub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a məlumat verib. Belə ki, ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızıdır.

Yaralılardan biri Sosiologiya ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Lalə Nəsibovadır. O, əməliyyat olunub, vəziyyəti ağırdır. İlkin məlumata görə, qəza baş verən zaman miktoavtobusda 28 nəfər olub.

Qəzada xəsarət alanların da bəzilərinin adları məlum olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətndən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 17 nəfər — Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

5478
Teqlər:
saxlanılıb, Şəmistanlı Elvin Eldar oğlu, Hüseynov Namiq Hüseyn oğlu, Bakı-Sumqayıt yolu, Daxili İşlər Nazirliyi, qəza
Mövzu:
Bakı-Sumqayıt yolunda ağır avtoqəza (10)
Əlaqədar
Həlak olan və xəsarət alanların adları bəlli oldu
Tələbələrin ölümünə səbəb olan sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda baş verən qəza qurbanlarının sayı artır
Azərbaycanda tələbələri daşıyan mikroavtobus qəzaya uğradı
Xırdalanda dağılmış mənzilin yaxınlığnda

Dağıntılar altında qalan azyaşlının meyiti çıxarıldı

14
(Yenilənib 15:58 26.01.2021)
FHN xilasediciləri 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər

BAKI, 26 yanvar — Sputnik. Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, FHN xilasediciləri 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 2 nəfərin cəsədini çıxarıblar.

14

Xırdalanda evin partladığı yerdə baş verir video

22
Hazırda Abşeron rayonunun Xırdalan şəhərində dünən partlayış baş verən ərazidə axtarış-xilasetmə işləri davam edir. Sputnik Azərbaycan-ın çəkiliş qrupu hadisə yerində olub.

Hadisə Xırdalanın 27-ci məhəlləsində ikimərtəbəli evdə baş verib. Partlayış dalğasından yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hazırda qalıqlar altında olduğu güman edilən uşağın xilas edilməsi üçün işlər davam etdirilir. İndiyədək altı nəfər xilas edilib, bir nəfərin isə cəsədi tapılıb.

22
İran və Rusiya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Sergey Lavrov, arxiv şəkli

Lavrov Zərif Qarabağa dair nəyi müzakirə ediblər?

2
(Yenilənib 17:02 26.01.2021)
"Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qalan siyasi aspektləri ədalətli əsasda, Azərbaycan və Ermənistan xalqları, həmçinin onların qonşularının maraqları çərçivəsində tam həll etməyə imkan verəcək".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. "Biz Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə nəzərdən keçirdik. Biz yanvarın 11-də Rusiya və Azərbaycan prezidentləri, həmçinin Ermənistanın Baş nazirinin görüşündə əldə olunan razılaşmalar barədə (qonağı) məlumatlandırdıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Bu görüşdə region ölkələrinin də iştirakı ilə Cənubi Qafqazda iqtisadi, nəqliyyat və digər əlaqələrin bərpası üçün əməkdaşlığa dair qərar qəbul edilib. Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qalan siyasi aspektləri ədalətli əsasda, Azərbaycan və Ermənistan xalqları, həmçinin onların qonşularının maraqları çərçivəsində tam həll etməyə imkan verəcək", - deyə Lavrov qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

2
Teqlər:
görüş, Məhəmməd Cavad Zərif, Sergey Lavrov, Azərbaycan, Qarabağ