Yanğın

Göyçay rayonunda yanğın olub

24
(Yenilənib 11:33 09.03.2017)
Vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan tikilinin dam örtüyü 18 m2 sahədə yanıb

BAKI, 9 mart — Sputnik. Martın 9-na keçən gecə Göyçay rayonu, Potu kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan tikilinin dam örtüyü 18 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tikilinin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 05:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

24
Teqlər:
Potu kəndi, Göyçay rayonu, mühafizə, FHN, yanğın
Əlaqədar
Yanğın nəticəsində 20-dək uşaq həlak oldu
Üç otaqlı ev yanıb
"AUDİ"də yanğın çıxdı
Oteldə yanğın olub, ölənlər var
Üçgünqışlaq kəndində yanğın
PPX

Bakıda koronavirus xəstəsi işindən oldu

27
(Yenilənib 17:47 03.12.2020)
Rayon ərazisində ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi, Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb

BAKI, 3 dekabr — Sputnik. Bakıda ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi, Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.

Onun barəsində Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

27
Teqlər:
patrul, Bakı, xəstə, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Qəza, arxiv şəkli

Ölümlə başlamamalı idi: Azad edilmiş Zəngilanda ilk yol qəzası

39
İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi "Shacman" markalı yük avtomobilini Oxçu çayının rayon ərazisindən keçən hissəsində körpüdən aşırıb

BAKI, 3 dekabr — Sputnik. Zəngilanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi "Shacman" markalı yük avtomobilini Oxçu çayının rayon ərazisində keçən hissəsində körpüdən aşırıb. Ağır xəsarət alan sürücü hadisə yerində ölüb. Faktla bağlı Zəngilan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

39
Teqlər:
sürücü, ölüm, çay, yük avtomobili, qəza, yol, Zəngilan
Bayılda sürüşmə zonası

Bayıl sakinləri lənətləniblər? - Təbiətlə məmurlar sanki onların qəsdinə durublar

0
(Yenilənib 22:31 04.12.2020)
"Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Bakının Bibiheybət qəsəbəsində yenidən torpaq uçqunu olub. Sputnik Azərbaycan bu barədə xəbər tutan kimi hadisə yerinə yollanıb. Bibiheybət məscidindən bir qədər aşağıda, yamacda baş verən torpaq uçqunu ərazidə olan evlərdə yaşayanlar üçün təhlükə yaradıb. Ərazidə yaşayan sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, torpaq uçqunu gecə saatlarında baş verib. Bu səbəbdən də dövlət qurumları burada yaşayan insanlara evlərini tərk etməyi tövsiyyə edib.

  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
1 / 6
© Sputnik / Irade JELIL
Bayılda sürüşmə zonası

Nazilə Məmmədova adlı sakin bildirib ki, bu ərazidə yerləşən evlərdə kirayə qalan sakinlər evlərdən köçüb: "Dövlət qurumlarının nümayəndələri gəlib əraziyə baxış keçirdilər. Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq" - deyə sakin bildirib.

Sakinlərlə söhbət əsnasında öyrəndik ki, ərazidəki evlərin heç birinin kupçası yoxdur. Odur ki, sakinlər əgər köçsələr, evlər sökülərsə onlara kompensasiya verilib-verilməyəcəyini bilmək istəyirlər: "Buradakı evlərin heç birinin sənədi yoxdur. Amma burada ev alsan, torpaq alsan bir kvadratmetri 2000 manatdır. Belə məlumatlar var ki, sökülərsə evlərə görə sakinlərə hər kvadrat metrə iki min manat ödəniləcək. Amma rəsmi qurumlar bizə bu barədə heç bir söz deməyiblər".

Sakinlər bildirir ki, yamacda yağıntılar çox olanda torpaq uçqunları baş verir. Amma onlar buna adətkərdə olublar: "Biz də istəyərik ki, bu təhlükəli yerdən köçək. Amma buna görə gərək bizə kompensasiya ödənilsin. Çünki, bizim başqa yerdə evimiz yoxdur. Nə də imkanımız yoxdur ki, köçüb başqa yerdə kirayə yaşayaq".

Sakinlər dövlət qurumlarının gələcəyi nəticəni gözlədiklərini söyləyiblər.

Məsələyə Səbail Rayon İcra Hakimiyyətindən münasibət bildirən olmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığımız sorğunun da cavabını gözləyirik.

0
Teqlər:
Səbail rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bayıl, sürüşmə, torpaq uçqunu