Yelləncəkdə otumuş uşaq, arxiv şəkli

Azərbaycanda universitet müəllimi tikinti biznesmeni uşaq oğurlatdırdı

371
Könül Ərsoy: "Bizə deyir ki, istənilən dövlət orqanını susdurmaq qüdrətinə malikdir"

BAKI, 6 mart — Sputnik. "Martın 2-si, təxminən saat 19.00 radələrində birlikdə yaşadığım qardaşım Seymur işdən gələndə onu izləyiblər. O, evə girən kimi arxasınca tanımadığımız 4 nəfər evimizə basqın etdi. Seymuru vurub yıxdılar, sonra da döyməyə başladılar. Oğlum Eldarı da tutdular, uşaq qorxudan ağladı, mən qollarından yapışıb nə qədər özümə tərəf çəksəm də, heç nə edə bilmədim. Həmin 4 nəfəri keçmiş yoldaşım Babək Ərsoy gətirmişdi. Onlar qardaşımı döyəndən sonra Babək Ərsoy içəri girdi və uşağı yarıçılpaq vəziyyətdə götürüb apardılar. Övladım bu adamların törətdiyi zorakılıqdan sarsıntılar içində idi. Azyaşlı övladımı ağlada-ağlada qaçırdılar".

Bunlar, gənc ana Könül Ərsoyun həyacan içində Sputnik Azərbaycan-ın əməkdaşına anlatdıqlarıdır. Könül həmin hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya, DİN-in Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) məlumat verib. Həmçinin bu barədə ölkə KİV-lərini məlumatlandırıb. Hadisənin üstündən 4 gün keçsə də, hələ də ana övladının harada, hansı şəraitdə, kimlərin əhatəsində saxlandığından xəbərsizdir.

Könül bu zorakılıq faktının keçmiş qayınatası, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, eyni zamanda iş adamı Hüseyn Artıq oğlu Xəlilovun sifarişi və keçmiş həyat yoldaşı, uğurlu tikinti biznesmeni Babək Ərsoyun iştirakı ilə baş verdiyini bildirir: "Mən iki il əvvəl yoldaşımdan boşanmışam. Məhkəmə qərarı ilə oğlumu atası ilə görüşdürürdüm. O, bir dəfə Eldarı aparıb 8 ay özündə saxladı, məndən gizlətdi. Sonra yenidən məhkəmə vasitəsilə geri aldım. Mən hər dəfə uşağımı geri almaq üçün aylarla məhkəmələrdə sürünmək məcburiyyətində qalıram. Bu adamlar nə məhkəmənin qərarına məhəl qoyurlar, nə də qanunları sayırlar".

Qadının sözlərinə görə, polis əməkdaşları Hüseyn Xəlilovla əlaqə saxlayaraq onu sözügedən qanun pozuntusu barədə xəbərdar ediblər. Amma Xəlilov polisə bildirib ki, "mən dövlət qurumlarının göstərdiyi təzyiqlərin qarşısında aciz deyiləm və uşağı anasına qaytarmaq fikrimiz yoxdur".

Könül Hüseyn Xəlilovun zəng edərək onları təhdid etdiyini də bildirib: "Hüseyn Xəlilov mənə və qohumlarıma zəng edərək şikayətimizi geri götürməyimizi istəyir. O, AHB inşaat və tikinti şirkətinin sahibidir. Geniş maddi imkanlara malikdir və bizə deyir ki, "istənilən dövlət orqanını susdurmaq qüdrətinə malikəm". Bəs iş adamının "susdurmaq gücü"nə malik olduğu dövlət qurumları, artıq illərdir bir ailənin qanunsuz əməllərinin qurbanına çevrilmiş gənc ananın sarsıntıları, psixoloji travmaları barədə nə düşünür?! O dövlət qurumları, keçmiş ərimin və qayınatamın vaxtaşırı öz zorakı və qanunsuz addımları ilə azyaşlı oğlumu qaçıraraq ona vurduqları psixoloji travmaları nəzərə almır?!"

Könül Ərsoy müraciət etdiyi dövlət qurumlarından, xüsusilə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan bu problemin ədalətlə həllinə dəstək verməyi xahiş edir: "Mən artıq hüquq-mühafizə orqanlarına, məhkəmələrə, DİN-ə, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə, AQUPDK-ya müraciət etməkdən yorulmuşam. Mən hər dəfə keçmiş həyat yoldaşımın və onun ailəsinin özümə və uşağıma qarşı qanunsuz əməlləri barədə dövlət orqanlarına müraciət edirəm və hər dəfə də bu proses aylarla uzanır. Arada mənim azyaşlı oğlum və mən əzab çəkirik".

"Ötən dəfə də analoji hal baş vermişdi və 8 aydan sonra güclə oğlumu geri ala bildim. Uşaq təzəcə mənə, ailəmizə isinişmişdi. Amma yenə də məhkəmənin qərarlarını heçə sayaraq uşağı zorla məndən qopardılar. İndi yeganə ümidim ədalətinə və mərhəmətinə şübhə etmədiyim Mehriban xanım Əliyevadır. Ümid edirəm ki, o, bir ana olaraq mənim çəkdiyim əziyyətləri başa düşər və bu ölkədə kimlərəsə güvənərək qanunsuz əməllər törədən şəxslərin qarşını kəsə bilər" — şikayətçi bildirir.

Qeyd edək ki, Sputnik Azərbaycan əvvəllər də Könül Ərsoyun oğlunun məhkəmə qərarlarına zidd olaraq atası tərəfindən qaçırıldığı, onu aylarla anasına göstərmədiyi barədə yazmışdı.

P.S. Qanunlarla idarə olunan bir ölkədə, publikanın gözü qarşısında bu səviyyədə qanunsuzluqların nə səbəbdən baş verdiyi və niyə cəzasız qaldığı çoxsaylı suallar doğurur. Hər halda ümid edirik ki, bir universitet müəllimi və tikinti biznesmeni olan Hüseyn Xəlilov və oğlu Babək Ərsoyun arxalandığı adamların kimliyi üzə çıxarılacaq. Bu ölkədə uşaqların hüquqları təkcə ölkə qanunvericiliyi ilə deyil, beynəlxalq qanunlarla, eləcə də Azərbaycanın qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə qorunur. Müvafiq dövlət qurumları 4 yaşlı uşağın və gənc bir ananın düşdüyü bu çıxılmaz vəziyyəti qiymətləndirməyə, müvafiq addımlar atmağa borcludur.

371
Teqlər:
Hüseyn Artıq oğlu Xəlilov, azyaşlı, Babək Ərsoy, Könül Ərsoy, Mehriban Əliyeva, DİN, uşaq, məhkəmə
Əlaqədar
Dilənçi uşaqdan etiraf: Mən oxumaq istəyirəm, amma...
Uşaqlarımıza verilən "pulsuz" təhsil neçəyədir?
500 valideynin çağırışı: Uşaqlarımızın gələcəyini məhv etməyin
Xaçmaz sakini həyat yoldaşını və uşaqlarını xilas edərkən yanıb
Doğum evində dəhşət: qadın öz uşağını yedi
12 yaşadək uşaqlar üçün avtomobildə xüsusi oturacaq olmalıdırmı?
Gecə vaxtı yol, arxiv şəkli

Xalq artisinin qardaşı intihara cəhd etdi

35
(Yenilənib 21:20 27.11.2020)
Canına qəsd etmək istəyən kişi xəsarət alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib

BAKI, 27 noyabr - Sputnik. Xalq artisti Əlixan Səmədovun qardaşı, 1966-cı il təvəllüdlü Vəlixan Səmədov özünü Sumqayıtda, Sülh küçəsində avtomobilin altına atıb. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, canına qəsd etmək istəyən V.Səmədov xəsarət alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.

35
Teqlər:
xəsarət, avtomobil, intihara cəhd, qardaş, xalq artisti
Narkotik, arxiv şəkli

İranla sərhəddə iki qardaş tutuldu

9
(Yenilənib 17:27 27.11.2020)
Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb, onun yaşadığı mənzilə baxış keçirilərkən 0,5 kq narkotik vasitə "heroin" və 115 ədəd "Metadon-40" həbləri aşkar olunaraq götürülüb.

  • Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs
    © State Border Service of Azerbaijan Republic
  • Saxlanılan şəxslərdən götürülən narkotik maddə
    © State Border Service of Azerbaijan Republic
  • Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs

Dindirmə zamanı M.Məmmədov dövlət sərhədini qardaşı, Astara rayonunun Rüdəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Məmmədov Seymur Təyyubulla oğlu ilə birlikdə qanunsuz olaraq keçdiyini etiraf edib.

Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov yaşadığı evdə saxlanılıb, araşdırma zamanı onun əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə məhkum olunması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanılıb, vətəndaş M.Məmmədov və S.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

9
Teqlər:
qardaşlar, sərhəd, Astara, İran, narkotacir

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

3
(Yenilənib 09:34 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

3
Teqlər:
Kəlbəcərin azad olunması