Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Avtomobil kanala düşdü, sürücü boğuldu

© SputnikSu kanalı, arxiv şəkli
Su kanalı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Abbasov Fəxrəddin Abbas oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər

BAKI, 4 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində "VAZ" markalı minik avtomobilinin idarəetməni itirərək kanala düşməsi barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Abbasov Fəxrəddin Abbas oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 09:30-da başa çatıb.

Xəbər lenti
0