Beton qarışdıran maşın

Paytaxtda tükürpədici hadisə baş verdi

8012
(Yenilənib 15:28 01.03.2017)
Sürücü işləməkdə olan betonqarışdıran qurğunun içinə düşüb

BAK1 mart — Sputnik. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında yerləşən beton zavodunda bədbəxt hadisə baş verib. Qaradağ rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə 28 fevral saat 17:10-da olub.

Beton zavodunda sürücü işləyən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hümbətov Nurəddin Yaşar oğlu ehtiyatsızlıq ucbatından, işləməkdə olan betonqarışdıran qurğunun içinə düşüb. Qurğu əvvəlcə işçinin əlini, sonra isə bütövlükdə özünü çəkib.

Faktla bağlı araşdırma aparılır. Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2 (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.

8012
Teqlər:
beton, bədbəxt hadisə, zavod, Qaradağ, Bakı
Əlaqədar
Avtomobili qaçıraraq qəza törətdi
Qadın sürücü ağır qəza törətdi
Sərxoş halda yolu keçmək istədi, qəza qurbanı oldu
Şəmkirdə 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza baş verib