Qar uçqunu

Təbii fəlakət yenə can aldı

73
(Yenilənib 14:10 23.02.2017)
Lerikdə qar uçqunu nəticəsində bir ailənin 5 üzvü ölüb

BAKI, 23 fev — Sputnik. Lerik rayonunda qar uçqunu baş verib. Sputnik Azərbaycan bu barədə APA-ya istinadən xəbər verir.

Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun bildirdiyinə görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.

Qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi ölüb.

73
Teqlər:
Lerik Rayon Fövqəladə Hallar Komissiyası, Habil Məlikov, Orat kəndi, Lerik rayonu
Əlaqədar
Avtomobili qaçıraraq qəza törətdi
İqdırda ağır qəza: ölən və yaralananlar arasında azərbaycanlılar da var