Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məşhur gecə klubunda yanğın baş verdi, ölən var

CC0 / ernie / flameYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin vaxt gecə klubunda 30-dan çox adam olub

BAKI, 22 fev – Sputnik. Gürcüstandakı gecə klublarından birində yanğın baş verib. Hadisə ölkənin kurort şəhəri olan Batumidəki “Arena” gecə klubunda yaşanıb. Sputnik Azərbaycan bu barədə Gazeta.ru-ya istinadən məlumat verir. 

Bir qadının həlak olduğu, dörd nəfərin yaralandığı bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, yanğına kondisionerin anidən partlaması səbəb olub və alov tez bir zamanda bütün zalı bürüyüb. Məlumata görə, həmin vaxt gecə klubunda 30-dan çox adam olub.

Xəbər lenti
0