Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu ölkədə terror səngimir

© REUTERS / Khuram ParvezPakistanda partlayış
Pakistanda partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Terroçu-kamikadzenin üzәrindәki partlayıcı qurğunu işә salması nәticәsindә 4 nәfәr hәlak olub, 10 nәfәr dә xәsarәt alıb

BAKI, 21 fev – Sputnik. Pakistanın Çarsadda şəhərindəki mәhkәmә binasına tәşkil edilәn  hücum nәticәsindә ilkin mәlumatlara görә 4 nәfәr hәlak olub, 10 nәfәr dә yaralanıb. Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, polisin mәlumatına görә, hücumu üç terrorçu-kamikadze törәdib.

Mәlumata görә, terrorçular ilә polis әmәkdaşları arasında atışma baş verib, nәticәdә 2 terrorçu öldürülüb. Üçüncü terrorçu-kamikadzenin üzәrindәki partlayıcı qurğunu işә salması nәticәsindә isә 4 nәfәr hәlak olub, 10 nәfәr xәsarәt alıb.

Qeyd edәk ki, yaralılar әtrafdakı xәstәxanalara çatdırılıblar.

Hadisәdәn sonra təhlükəsizlik tədbirləri güclәndirilib.

Xəbər lenti
0