Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dönərxana partladı: 5 nəfər yaralandı

© Sputnik / Murad OrujovBakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb
Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Partlayış nəticəsində Rüstəmova Naridə, Əlifxanlı Şəhriyar, Bayramov Rəfael, Məmmədov Elşən və Hüseynova Sima xəsarət alıblar

BAKI, 21 fev — Sputnik. Sabunçu rayonunun Zabrat qəsəbəsində dönərxanada qaz balonu partlayışa səbəb olub. Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 50 kvadratmetr sahəsi olan dönərxana yararsız hala düşüb.

İlkin ehtimala görə, qaz balonu düzgün quraşdırılmadığına görə partlayıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, partlayış nəticəsində 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rəfael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilib. 

 

 

Xəbər lenti
0