Mazımçay gömrük postunda qanunsuz dərman preparatları aşkar edilərək götürülüb

Sərhəddə qanunsuz dərman preparatları aşkarlandı

42
Türkiyə vətəndaşının idarə etdiyi avtomobilin qoşqusunun altında gömrük nəzarətindən gizlədilmiş ampullar aşkar olunub

BAKI, 18 fev — Sputnik. Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında yüklə daxil olan yük avtomobili "HCVG viZual — Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

  • Mazımçay gömrük postunda qanunsuz dərman preparatları aşkar edilərək götürülüb
    "Mazımçay" gömrük postunda qanunsuz dərman preparatları aşkar edilərək götürülüb
  • Mazımçay gömrük postunda qanunsuz dərman preparatları aşkar edilərək götürülüb
    "Mazımçay" gömrük postunda qanunsuz dərman preparatları aşkar edilərək götürülüb
    © Photo : customs.gov.az

1 / 5
"Mazımçay" gömrük postunda qanunsuz dərman preparatları aşkar edilərək götürülüb

Türkiyə vətəndaşının idarə etdiyi həmin avtomobil yoxlama-baxış sistemindən keçərkən avtomobilin qoşqusunun altında gömrük nəzarətindən gizlədilmiş 548 konvalyut "Pantactive 40 mg Enterik Kaplı Tablet Pantoprazol", 278 konvalyut "Pepticer 30 mg Lansoprazol" adlı dərman preparatları və 1497 ədəd "Melox 15 mg" adlı ampul aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

42
Teqlər:
baxış, Balakən, gömrük, Türkiyə, post, Azərbaycan, avtomobil
Əlaqədar
Gömrük Komitəsindən diqqətçəkən açıqlama
Gömrük Komitəsinin rəsmisi: Gömrükdə yeniliklər olacaq
Gömrükçülər külli miqdarda qaçaqmal siqaret ələ keçirdilər
Yeni gömrük idxal rüsumları qüvvəyə minib
Gömrük Komitəsi gömrük rüsumlarını niyə artırdığını açıqlayıb
Gömrük rəhbərinin evində axtarış aparılıb
İşi gömrükdən keçənlər, bunu oxumağınız məsləhətdir
Gömrükdə tarixi dəyişiklik
Bərdə raket mərmisi yağışı altında: Şəhərin infrastrukturu darmadağın edilir – video

Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs yaralanıb - Baş Prokurorluq

115
(Yenilənib 15:13 28.10.2020)
Kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

BAKI, 28 oktyabr - Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluq yayıb.

Məlumatda həmçinin bildirilir ki, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

115
Əlaqədar
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Həkim Bərdə xəstəxanasındakı yaralıların vəziyyəti barədə məlumat verib – video
Ermənistan Tərtərdən sonra Bərdəni raketlə dağıtmağa cəhd edir - rəsmi
Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb
Baş Prokurorluq

Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb

91
(Yenilənib 14:48 28.10.2020)
Bu gün saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr — Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Sputnik Azərbaycan Baş Prokurorluğa istinadla xəbər verir ki, zərbə nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

91

Bizim razılığımız olmadan, Qarabağda müşahidəçilər yerləşdirilə bilməz - Ceyhun Bayramov

0
Ceyhun Bayramov: "Biz Azərbaycanın suveren ərazisindən danışırıq. Nəzarətçilər də daxil olmaqla, istənilən qüvvələrin yerləşdirilməsi Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır".

BAKI, 29 oktyabr — Sputnik. Ermənistanda Qarabağ münaqişəsinin danışıqlarla nizamlanmasında maraqlı deyil. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

Azərbaycan Xarici İşlər naziri eyni zamanda qeyd edib ki, istənilən müşahidəçilərin Qarabağda yerləşdirilməsi rəsmi Bakı ilə razılaşdırılmalıdır.

"Nəzərə almaq lazımdır ki, biz Azərbaycanın suveren ərazisindən danışırıq. Nəzarətçilər də daxil olmaqla, istənilən qüvvələrin yerləşdirilməsi Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır”, - deyə Ceyhun Bayramov qeyd edib.

O, əlavə edib ki, atəşkəs rejiminə nəzarət üzrə monitorinq mexanizminin tətbiqi nizamlanma prosesi ilə sinxronlaşdırılmalıdır.

0