Qandal, arxiv şəkli

Bir günə 101 cinayət

22
Fevralın 17-də qeydə alınmış 101 cinayət faktından 38-nin üstü "isti izlər"lə açılıb

BAKI, 18 fev — Sputnik. Respublikanın daxili işlər orqanları tərəfindən fevralın 17-də qeydə alınmış 101 cinayət faktından 38-nin üstü "isti izlər"lə açılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 37 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər tutulub.

22
Teqlər:
daxili işlər orqanları, istintaq, cinayət, yol-nəqliyyat hadisəsi, məlumat
Əlaqədar
Azərbaycanda 1032 cinayətkar qrup zərərsizləşdirilib
Silahlı Qüvvələrdə keçən il qeydə alınan korrupsiya cinayətlərinin sayı açıqlanıb
40 il əvvəl törətdiyi cinayəti ona bağışlamadılar
Məşhur restorandakı faciə ilə bağlı cinayət işi açıldı
Cinayət axtarışı qaydası dəyişdi - "iki hal şahidi" aradan qalxdı
Vəkil: Ailədaxili təhdidə görə cinayət işi açdırmaq da olar