Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə terror: 3 yaşlı uşaq həlak oldu

© Photo : DHAPatlamanın meydana geldiği alana takviye ekipler sevk edildi.
Patlamanın meydana geldiği alana takviye ekipler sevk edildi. - Sputnik Azərbaycan
Abunə olmaq
Viranşehir rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb

BAKI, 18 fev — Sputnik. Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib.

Sputnik Azərbaycan-ın Milliyet-ə istinadən verdiyi xəbərə görə, vilayətin Viranşehir rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Polis qüvvələri ərazini nəzarətə götürüb.

Daxili işlər naziri Süleyman Soylu 18-20 yaşlı şəxsin Yenişehir məhəlləsində bomba yüklü avtomobil saxladığını söyləyib.

“Hadisə nəticəsində 3 yaşında bir uşaq həyatını itirib. 15 civarında yarası ağır olmayan xəsarət alan var. Yaralıların müalicəsi xəstəxanada davam edir” — Soylu bildirib.

Xəbər lenti
0