Bıçaq

Səhv telefon zəngi ucbatından qana düşdülər

190
Əvvəl qana düşdülər, sonra təcridxana və məhkəməyə

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 17 fev — Sputnik. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Seymur Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Niftəliyev barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, ona 6 ay həbs cəzası verilib və o, həmin müddəti istintaq təcridxanasında saxlanıldığına görə, məhkəmə zalından azadlığa buraxılıb.

Tərəfləri bu məhkəməyə gətirib çıxaran səbəb adi telefon mübahisəsi olub. Hadisə ötən il Şabran rayonunda baş verib. Şabran rayon sakini S. Niftəliyev səhvən telefonla Təbriz Kamilova (zərərçəkmiş şəxs) zəng edib. Təbriz Kamilov isə bu zəngdən bərk əsəbləşib və narazılığını bildirib. Tərəflər arasında mübahisə başlayıb və onlar görüşüb məsələni həll etmək qərarına gəliblər.

Tərəflər parkda görüş təyin ediblər. Görüş zamanı Təbriz Kamilov tərəfindən təhqir edilən Seymur Niftəliyev bıçağa əl atıb və onu bıçaqlayıb. İş məhkəməyə çıxıb. Seymur Niftəliyevin başqasının nömrəsini səhvən yığması, göründüyü kimi ona baha başa gəlib.

190
Teqlər:
Təbriz Kamilov, Seymur Niftəliyev, bıçaq, zəng, Bakı Ağır Cinayətlər Məhkəməsi, zərər, cinayət, Şabran, görüş, məhkəmə
Əlaqədar
Sankt-Peterburqda azərbaycanlı bıçaqlanıb
Sərnişin tərəfindən bıçaqlanan sürücü dünyasını dəyişdi
Bakıda taksi sürücüsünün boğazına bıçaq dirəyərək avtomobilini əlindən aldılar
Özünü müdafiə məqsədilə tanışına 12 bıçaq vurdu
Bıçaqlı şəxs yoldan keçənlərə hücum edib
Üzünə kislota atılan, bıçaqlanan, güllələnən qadın