Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı rejissor vəfat edib

© Photo : APAŞahin Zəkizadə, arxiv şəkli
Şahin Zəkizadə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə Şahin Zəkizadənin xalası oğlu Aqil Adiloğlu xəbər verib. Tanınmış rejissor uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumub

BAKI, 16 fev — Sputnik. Rejissor Şahin Zəkizadə vəfat edib. Sputnik Azərbaycan Asan Radio-ya istinadən bildirir ki, bu barədə Şahin Zəkizadənin xalası oğlu Aqil Adiloğlu xəbər verib. Tanınmış rejissor uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumub.

Xatırladaq ki, bir neçə gün əvvəl komaya düşən Zəkizadənin vəziyyəti ağır idi. Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasının Baş Həkimi Adil Nuriyevin verdiyi məlumata görə, Şahin Zəkizadə sentyabr ayından etibarən Tədris-terapevtik klinikasında müalicə alırdı və həkimlər onun sağalması üçün müasir tibbin bütün metodlarını tətbiq ediblər.

Şahin Zəkizadənin 38 yaşı var idi. Zəkizadə ilə vida mərasimi fevralın 17-də saat 9:00-da Yasamal rayonunda yaşadığı ünvanda keçiriləcək. Mərhum Maştağa qəsəbəsindəki Seyyidlər qəbiristanlığında dəfn ediləcək.

Xəbər lenti
0