Xəstəxana

Evdən xəbərsiz çıxan qızın yolda halı pisləşdi

153
(Yenilənib 12:06 14.02.2017)
O, naməlum səbəbdən yolda bir neçə dərman preparatı qəbul edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 fev — Sputnik. Ötən gün axşam saatlarında Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Nigar Oruc qızı Qasımova zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Məlum olub ki, o, dərmandan zəhərlənib.

Nigar Qasımovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib. Xəstəxanadan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Bakı şəhər sakini, N. Qasımova Bakı-Qax marşrutu ilə hərəkət edən sərnişin avtobusu ilə Qaxa gedərkən yolda vəziyyəti pisləşib. O, əvvəlcə Qax rayon Əlibəyli kənd xəstəxanasına aparılıb, sonra MRX-ya çatdırılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, N. Qasımova evdən valideynlərindən xəbərsiz çıxıb. O, naməlum səbəbdən yolda bir neçə dərman preparatı qəbul edib. Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

153
Teqlər:
Nigar Oruc qızı Qasımova, Qax, qız, Bakı, zəhərlənmə, xəstəxana
Əlaqədar
19 yaşlı qız sirkə turşusundan zəhərlənib
Avqustda Azərbaycanda rekord həddə qida zəhərlənməsi baş verib
Toyda kütləvi zəhərlənmə baş verdi
Göyçayda toyda 30-dan çox qonaq zəhərlənib
Azərbaycanda vətəndaşlar zəhərlənməkdə davam edəcək
Saatlıda qidadan zəhərlənən qadın bir həftə sonra xəstəxanada ölüb
İki uşaq anası dərmandan zəhərlənib