Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu idarədən də oğurluq edildi

© AR Ministry of Ecology and Natural ResourcesAğacəkmə aksiyasında kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları əkilib
Ağacəkmə aksiyasında kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları əkilib - Sputnik Azərbaycan
Abunə olmaq
420 ədəd zeytun tingi oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Rövşən Mehdiyev və İlham Vəliyev tutulublar

BAKI, 11 fev — Sputnik. Bakıda Yaşıllaşdırma və Tingçilik İdarəsindən oğurluq edilib.

Sputnik Azərbaycan-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayon 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri İlham Mustafayevə, Vidadi Nuriyevə və Yaşıllaşdırma və Tingçilik İdarəsinə məxsus torpaq sahələrindən 420 ədəd zeytun tingi oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Rövşən Mehdiyev və İlham Vəliyev tutulublar.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti
0