Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İsmayıllıda it öz sahibini parçalayıb

CC0 / SplitShire / mad dogQuduz it,arxiv şəkli
Quduz it,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bədənin müxtəlif nahiyələrindən çoxsaylı xəsarət alan Dilbər Nəcəfova qonşuların köməyi ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılaraq, əməliyyat olunub

BAKI, 7 fev — Sputnik. İsmayıllı rayonunda itin hücumuna məruz qalan qadın ağır xəsarət alıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Kürdmaşı kənd sakini 1971-ci il təvəllüdlü Nəcəfova Dilbər Abdul qızı yaşadığı evin həyətində bəslədiyi itin hücumuna məruz qalıb. Qadın tənha yaşadığı üçün həmin vaxt köməksiz vəziyyətdə qalıb və qəzəbli itdən canını qurtara bilməyib. İt onu yerə yıxaraq parçalayıb.

Bədənin müxtəlif nahiyələrindən çoxsaylı xəsarət alan Dilbər Nəcəfova qonşuların köməyi ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılaraq, əməliyyat olunub. İtin quduzlaşdığı ehtimal olunur və buna görə də qadına vaksin vurulub.

Xəbər lenti
0