Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qar təmizləyən qadının faciəsi

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda faciəvi hadisə baş verib, avtomobil yol təmizləyən qadını vurub

BAKI, 5 fev — Sputnik. Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər lenti
0