İntihar

Bakıda gənc qız öz hərəkəti ilə valideynlərini şoka saldı

385
(Yenilənib 18:02 03.02.2017)
Paytaxtda iki gənc və bir orta yaşlı şəxs intihara əl atıb

BAKI, 3 fev — Sputnik. Bakıda yaşayan gənc qız özünə qəsd edib. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, həftənin dördüncü günü saat 17.00-da Binəqədi qəsəbəsində, 1995-ci il təvəllüdlü Xanıbəyli Rahibəyim Mirxaliq qızı özünü yaşadığı İkinci Mədən küçəsindəki evində asıb. Xoşbəxtlikdən valideynləri onu hələ sağ ikən xilas edə biliblər.

X. Rəhibəyim 6 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Hazırda qızın vəziyyəti ağırdır. Binəqədi rayon prokurorluğu intihara cəhdin səbəbini araşdırır.

Şəhərin Nərimanov rayonunda fevralın 2-də daha bir sui-qəsd hadisəsi baş verib. Saat 18:00-da, 1996-cı il təvəllüdlü Şamaxı şəhər sakini Cəbiyev Rövşən İnkişaf oğlu intihara cəhd edib. Cavan oğlan Təbriz küçəsində yerləşən beşmərtəbəli binanın damına çıxıb və özünü oradan atmaq istəyib. Lakin binanın sakinləri ona həyatına son qoymağa imkan verməyiblər. Faktla bağlı araşdırma aparılır.

Lakin ötən gün Toksikologiya Mərkəzində, Sabunçu rayon Nardaran qəsəbəsinin 1969-cu il təvəllüdlü sakini Tağıyev Mehman Ramiz oğlunun həyatını qurtarmaq mümkün olmayıb. O, yanvarın 21-də özünü öldürmək məqsədilə essensiya sirkəsi içib. Həkimlərin səylərinə baxmayaraq, Mehman Tağıyev 12 gün sonra vəfat edib. Sabunçu Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.

385
Teqlər:
oğlan, intihar, gənc, qız, fakt, Azərbaycan
Əlaqədar
Əsgərin intihar səbəbi araşdırılır
İntiharın detalları məlum oldu
Psixoloqun intiharı cəmiyyətdə arzuolunmaz tendensiyalara yol açacaq
İntihar edən psixoloqun son məktubunda gözyaşardıcı qeyd
Yaşlı qadın özünü asaraq intihar edib
Yeniyetmə yaşında intiharların vacib bir səbəbi var
İntihar edən azərbaycanlı məşhurlar