Daxili İşlər Nazirliyi

DİN DTX-dan növbəti əməliyyat

459
(Yenilənib 14:23 03.02.2017)
Əməliyyat-axtarış tədbirləri nəticəsində dini təyinatlı kitablar, jurnallar, CD və DVD disklər, həmçinin kustar üsulla hazırlanmış tüfəng və patron aşkarlanıb

BAKI, 3 fev — Sputnik. Hüquq-mühafizə orqanlarının əməkdaşları Qəbələdə birgə əməliyyat keçiriblər. "Report" bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətin istinadən məlumat yayıb.

Məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Bum qəsəbə sakinləri Gülsurə Əliyevanın, Mahir Musayevin və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 ədəd kitab, 13 ədəd jurnal, 4 ədəd qeyd dəftəri, 51 ədəd CD və DVD disklər, 5 ədəd yaddaş kartı, eyni zamanda, 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

459
Teqlər:
aşkar, əməliyyat, DİN, hüquq-mühafizə orqanları
Əlaqədar
Masazırda xilasetmə əməliyyatı
Oğrulara qarşı irimiqyaslı əməliyyat: 70-dən çox adam saxlanılıb
Anti-terror əməliyyatlarının intensivləşdiyi dövrdə... Bakıya mühüm səfər
Bankların gizli "qara bazar" əməliyyatları üzə çıxdı
Yasamalda xilasetmə əməliyyatı