Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Nissan" yol kənarında olan beton səkiyə çırpılıb

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasedicilər sıxılmış vəziyyətdə qalmış vətəndaşı deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər

BAKI, 1 fev — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda "Nissan" markalı minik avtomobilinin yol kənarında olan beton səkiyə çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış vətəndaşı deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:35-də başa çatıb.

Xəbər lenti
0